-
- AZƏRBAYCAN
- ENGLISH
Otel haqqında-Park-Otel "Nohur", Qəbələ
Nohur Park Hotel – Qəbələdə rahatlıq və əyləncənin ünvanı.
Nohur Park Oteldə unudulmaz anlar yaşayın, burada təbiətin qoynunda rahatlıq və əyləncə sizi gözləyir. Otelin hər bir otağında - kondisioner və isitmə sistemi, sürətli internet, keyfiyyətli gigiyena ləvazimatları ilə təchiz edilmiş duş, multikanallı Smart TV, ortopedik döşək, çay və kofe hazırlama avadanlıqları sizin rahatlığınız təmin edir. Ailə, cütlüklər və ya tək səyahət edənlər üçün ideal olan otaqlarımız sizə rahat gecələmə və gözəl təəsuratlar bəxş edecək.
Ləzzətli və bol çeşidli səhər yeməyi otelimizin restoranlarında hər səhər sizi gözləyir, bundan basqa otel ərazisində şəlalə mənzərəli hovuzun ətrafında Azərbaycanın ən ləziz təamlarınl dada bilərsiniz. Qonaqlar terrasda istirahət edə bilər, barımızda canlı müsiqi müşayəti ilə içkilərin dadını çıxara və ya otelin əyləncə parkında əylənə bilərlər.
Əyləncə zonasında sizləri ziplayn, tubinq, uşaq və idman meydançası, veloturlar, hikinq, əyləncəli yarışlar, masa üstü oyunlar və digər maraqlı macəralar gözləyir. Füsunkar Nohur gölə piyada gəzinti sizə təbiətin verdiyi sehri yaşadacaqdır.
Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolu üzərində yerləşən Nohur Park Hotel, Qəbələnin əsas turistik məkanlarına, o cümlədən Qəbələ Qalasına və Qəbələ Milli Parkına, Tufandağ Kanat və xizək mərkəzinə asan çıxış təmin edir. Gözəl təbiəti ilə otel, bölgənin təbii gözəlliklərini və zəngin mədəniyyətini kəşf etmək üçün ideal baza rolunu oynayır.Əlavə rahatlıq üçün otel ərazisində elektrik avtomobili doldurma stansiyası mövcuddur.
Təqdimatlar
Yaşayış qaydaları
Biz qonaqlarımıza xüsusilə təmiz, təhlükəsiz və mehriban bir otel təcrübəsi təqdim etməyə çalışırıq. Bu otel qaydaları qonaqlarımızın təhlükəsiz və xoş bir qalma təcrübəsi yaşamasını təmin etmək və Nohur Park Otel Qəbələ ilə qonaqlar arasında qarşılıqlı anlaşmanı təmin etmək məqsədilə təqdim olunur.
| Giriş saatı | 14:00 |
| Çıxış saatı | 12:00 |
| Rezervasiyanın ləğvi |
Onlayn edilən rezervasiyalar, gəlişdən 24 saat əvvəl ləğv edildikdə, təsdiq e-poçtundakı “Rezervasiyanı ləğv et” linki vasitəsilə pulsuz ləğv edilə bilər. |
Qaydalar və şərtlər
Onlayn edilən rezervasiyalar, gəlişdən 24 saat əvvəl ləğv edildikdə, təsdiq e-poçtundakı “Rezervasiyanı ləğv et” linki vasitəsilə pulsuz ləğv edilə bilər.